Tibb Universitetinin yaxınlığında, yeni tikili premium binada 2 otaqlı, 98 kv.m sahəsi olan tam təmirli və əşyalı mənzil satışa çıxarılır.
Mənzil 21 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Yüksək dizayn və keyfiyyətli materiallardan istifadə olunmaqla təmir edilmiş mənzil bütün zəruri mebel və məişət texnikası ilə tam təmin olunub. Mənzil yaşayış üçün tam hazır vəziyyətdədir və əlavə xərc tələb etmir.
Ərazi şəhərin ən əlverişli və tələbatlı hissələrindən birində yerləşir. Tibb Universitetinə, Olympic Star İdman Kompleksinə, ASAN Xidmətə və Ege Hospitala yaxın məsafədədir. Ətrafda bütün zəruri sosial və gündəlik infrastruktur mövcuddur.
Mənzilin geniş sahəsi, müasir dizaynı, tam əşyalı olması və yeni tikili binada yerləşməsi onu həm komfortlu yaşayış, həm də investisiya üçün ideal seçimə çevirir.
Satış qiyməti 345 000 AZN-dir.